XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

13 İyul 2020 - 13:38

“Bu gün səhər saatlarında düşmənə sarsıdıcı zərbələr endirilib, ermənilər itkiləri gizlədir” – Müdafiə Nazirliyi

“Bu gün səhər saatlarında düşmənə sarsıdıcı zərbələr endirilib”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, düşmən itkilərini gizlədir: “Səhər saatlarında bölmələrimiz tərəfindən düşmənin dayaq nöqtələrinə, dərinlikdə olan mövqelərinə, avtomobil texnikasına və canlı qüvvəsinə zərbələr endirib. Sadəcə olaraq, düşmən hər zamankı kimi itkilərini gizlədir. Təəssüflər olsun ki, Azərbaycan Ordusu da itki verib. Dörd hərbi qulluqçumuz şəhid olub, yaralılar var. Yaralılara lazımi yardım göstərilir. Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik!”.

Dərgahlı mətbuatı və əhalini qeyri-rəsmi məlumatlardan çəkinməyə, əsasən nazirliyin yaydığı rəsmi xəbərlərə inanmağa çalışıb.