“Ermənistan təcavüzkarlığının qarşılıqsız qalmayacağından əmin olsun”.
Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik “Twitter”də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlərə münasibət bildirərkən yazıb.
Ö. Çelik Ermənistanın təxribatını şiddətlə qınadıqlarını bəyan edib.
“Şəhidlərimizə rəhmət diləyirəm. Hər zaman Azərbaycanın yanındayıq”, – deyə AKP sözçüsü vurğulayıb. (apa)