XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

13 İyul 2020 - 16:54

“Mülki əhali arasında itki yoxdur” –Azərbaycan XİN

“Dünən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində 4 hərbçimiz şəhid olub, mülki əhali arasında itki yoxdur”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş təxribatla bağlı məlumatlar diplomatik korpusun diqqətinə çatdırılıb.

“İşğalçı Ermənistan tərəfindən zaman-zaman atəşkəs pozulurdu. Baxmayaraq ki, son müddət ərzində müəyyən nisbi sakitlik müşahidə olunurdu. Ancaq dünənki hadisənin iki əsas fərqləndirici cəhəti var. Birinci, təxribat məhz iki ölkənin dövlət sərhədində baş verib. İkinci isə çox nadir hallarda dövlət sərhədində baş verən təxribatlar zamanı bu cür artilleriya atəşindən və iriçaplı silahlardan istifadə olunur. Dünən baş vermiş təxribatda məhz bu cür silahlardan istifadə olunub”, – deyə XİN rəsmisi vurğulayıb.