XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2020 - 13:01

“Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edilib” –Müdafiə Nazirliyi + VİDEO

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib.