XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2020 - 18:33

Ermənistan itkilərini etiraf etməyə davam edir –Daha iki nəfərin öldüyü açıqlandı

Ermənistan Azərbaycan Silahlı Qüvvələri ilə döyüşdə itkilərini etiraf etməyə davam edir.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan daha iki erməni hərbçinin öldüyünü açıqlayıb.

Kiçik serjant Smbat Qabrielyan və kiçik serjant Qrişa Matevosyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən döyüşdə məhv edilib.

Ş. Stepanyan bundan əvvəl bir mayor və bir kapitanın döyüşdə öldürüldüyünü açıqlamışdı/APA.