İyulun 14-də Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin daha bir hərbi obyekti – bölüyün dayaq məntəqəsi bölmələrimizin dəqiq zərbəsi ilə darmadağın edilib.
Strateq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.