XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 14:44

Kerri Rusiyaya niyə gedir?- Moskvadan ilk açıqlama

Putin-kerri

ABŞ dövlət katibi Con Kerrinin Rusiya səfəri ilə bağlı Moskvadan ilk açıqlama gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova dövlət katibinin səfərinin Suriya ilə bağlı olduğunu bildirib: «Səfər proqramının gündəliyindəki əsas mövzu Suriyadır».

Qeyd edək ki, Con Kerri Moskvaya gələn həftə gedəcək. Səfər zamanı onun prezident Vladimir Putinlə görüşü nəzərdə tutulub. Görüşdə rus qoşunlarının Suriyadan çıxarılması ilə bağlı müzakirə aparılacaq. 

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Kerrinin Ukrayna münaqişəsinə və Nadejda Savçenkonun məsələsinə də toxunacağını bildirib.