XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

16 İyul 2020 - 10:33

MN:"Tovuz istiqamətində ermənilərin atdığı mərmilər yaşayış evlərinə düşüb"

Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, nəticədə evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

Mülki şəxslər arasında xəsarət alan yoxdur/APA.