XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

16 İyul 2020 - 15:06

“Ermənistan hərbçiləri mülki əhalinin arxasında gizlənir” –Prezident köməkçisi

“2016-cı ilin aprelində Ermənistan ordusunun təxribatının qarşısı əks-həmlə ilə alınarkən Ermənistan silahlı qüvvələri əhalinin sıx məskunlaşdığı ərazilərdə artilleriyadan istifadə edib”.

Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Tovuz istiqamətində də Azərbaycan ordusunun qətiyyətli cavabı qarşısında Azərbaycanın mülki obyektlərə zərbə endirilir, eyni zamanda özləri Ermənistanda mülki əhalinin arxasında gizlənirlər.

“Bununla da məqsəd odur ki, cavab zərbəsi nəticəsində Ermənistanda mülki şəxslərə ziyan dəysin və bundan da beynəlxalq aləmdə istifadə etsinlər. Azərbaycan Ordusu isə dəqiq hədəflərə münasibətdə zərbələr endirilir. Bu mətbuat konfransının da məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin terrorçulara xas olan metoddan istifadə etməsini, mülki əhalinin arxasında gizlənərək onları hədəfə çevirməsini çatdırmaqdır”, – deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.