“Ermənistan silahlı bölmələri ötən gecə təxribata əl atıblar”.
Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan Ordusu tərəfindən zəruri addımlar atılır, düşmənə layiqli cavablar verilir: “Digər tərəfdən, Ermənistan ATƏT-in Minsk Qrupuna yalvararaq atəşin dayandırılmasını xahiş edir, nisbi sakitlik olanda isə yenidən atəşkəsi pozur. Ermənistan ictimaiyyətinin hərbi avantüraya görə verilmiş itkilərin sayının açıqlanmasını hakimiyyətlərindən tələb etməsini istəyərdik”. /APA