Bu gün AMEA Zoologiya İnstitutunda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, akademik-katib Əhliman Əmiraslanovun iştirakı ilə İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib.
Strateq.az xəbər verir ki, iclasda institutun direktoru vəzifəsinə yeni namizədin təyin olunması məsələsi müzakirə edilib.
AMEA-nın prezidenti, akademik A.Əlizadənin tövsiyəsi əsasında direktor vəzifəsinə institutun informasiya və innovasiya şöbəsinin müdiri Elman Yusifovun namizədliyi irəli sürülüb.
Elmi Şuranın üzvləri tərəfindən E.Yusifovun Zoologiya İnstitutunun direktoru vəzifəsinə təqdimatı yekdilliklə qəbul olunub və təsdiqlənib.