XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 16:17

Berlindəki partlayışın arxasından«rus mafiyası» çıxdı

1775840

Almaniyanın paytaxtı Berlində dünən baş verən partlayışla bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Berlinin Şarlottenburq rayonunda partlayan avtomobilin sürücüsü əslən türk olub. Avtomobili partladanların isə Berlindəki «rus mafiyası» olduğu ehtimal edilir.

Bu barədə «Berliner Zeitung» qəzetinə yerli polisdən bildiriblər. Polis həmin dəstədə təkcə rusların yox, postsovet məkanındakı başqa ölkələrdən də nümayəndələrin olduğunu deyib. Ehtimallara görə, qətli bu cür törətməklə mafiya öz adını eşitdirməyə və böyük rezonanas yaratmağa çalışıb.

Partlayış zamanı həlak olan 43 yaşlı türkə gəlincə, o, narkoticarət, saxta pul hazırlanması, qeyri-leqal mərc oyunlarının təşkili və bir neçə başqa cinayətdə şübhəli bilinirmiş. Cinayətkar dəstənin axtarışları davam edir.

Qeyd edək ki, insidentlə bağlı əvvəlcə terakt versiyası səsləndirilmişdi.