XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2020 - 11:05

GAİM Ermənistanın təxribatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki təxribatlarıı ilə bağlı Gürcüstan Prezidentinə, parlament sədrinə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərliyinə bəyanat ünvanlayıb.

Bu barədə mərkəzin rəhbəri Aygül İsayeva məlumat verib. Onun sözlərinə görə, məktubda Ermənistan hərbi birləşmələrinin pandemiya dövründə belə Azərbaycana qarşı aqressiyasından əl çəkməməsi xüsusi vurğulanıb. Məktubda həmçinin, beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı siyasətini dayandırmağa məcbur etmələri istənilib.

“İyulun 12-də Ermənistan silahlı qüvvələri dünyanın pandemiya ilə mübarizə apardığı bir vaxtda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək üçün artilleriyadan istifadə edərək hücuma keçib. Bu, Ermənistanın Azərbaycana təcavüzünün bariz sübutudur, illərdir bu məsələyə beynəlxalq ictimaiyyətin diqqətini çəkirik. 4 yüksək rütbəli hərbi qulluqçu olmaqla şəhidlərin sayı 11-ə çatıb. Erməni qoşunları Azərbaycan torpaqlarına hücum edərək mülki şəxslərin həyatını təhlükəyə atmaqla atəşkəs və müharibə qaydalarına məhəl qoymur. Azərbaycan həmişə olduğu kimi, öz ərazilərini qorumağa çalışır və bu yolda hər şey etməyə hazırdır. Ermənistanla həmsərhəd olan Tovuz rayonunda suveren Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulmasıdır və biz, Gürcüstanda yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyəti təcavüzkar ölkənin son onilliklər ərzində həyata keçirdiyi qonşu ölkələrinin ərazilərini işğal siyasətini və etnik təmizlənmə siyasətini dayandırmasına məcbur etməyə çağırırıq”, – deyə müraciətdə vurğulanılr. (apa)