XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2020 - 13:12

Türkiyə Müdafiə Sənayesi İdarəsinin direktoru: “PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir”

Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir Türkiyədə səfərdə olan Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirovla görüşüb.

Bu barədə İ. Dəmir “Twitter”də paylaşım edib.

 “İki qardaş ölkənin bir daha tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz zamanda müdafiə sənayesində də əməkdaşlıq məsələlərini müzakirə etdik. PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir”, – deyə görüş zamanı Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru bildirib. (apa)