XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2020 - 15:07

Məleykə Abbaszadə:"60 min insan bu imtahanları gözləyir"

“Operativ Qərargahdan imtahan keçirmək üçün icazə almışıq. Hazırda bu imtahanları 60 min insan gözləyir”. 

Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu imtahanlar 24-25 iyulda və 2-3 iyulda təxirə salınan kontingentə və sərt karantin tətbiq olunan bölgələrə aiddir.

M. Abbaszadə deyib ki, bir ay ərzində – iyunun 10-dan iyulun 10-na qədər 143 min insan buraxılış və qəbul imtahanlarında iştirak edib. (apa)