XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

17 İyul 2020 - 22:03

DİM yeni növ imtahanın keçirilməsi ilə bağlı layihə üzərində işləyir –Məleykə Abbaszadə

Dövlət İmtahan Mərkəzi gələcəkdə yeni növ imtahanın keçirilməsi ilə bağlı layihə üzərində işləyir. 

Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu layihə “Open book”, yəni “Açıq kitab” adlanır: “Bu layihə imkan verəcək ki, imtahan verən məsələnin həlli üçün müxtəlif vasitələrdən istifadə edə bilər. Biz hazırda bu konsepsiyanın üzərində işləyirik. Amma bu o demək deyil ki, qarşıdakı imtahanlarda bundan istifadə olunacaq, bunun həmin imtahanlara heç bir aidiyyəti yoxdur. Belə imtahanların gələcəkdə onlayn keçirilməsi təhülkəsizlik nöqteyi-nəzərindən daha düzgün ola bilər”. (apa)