XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2020 - 16:54

Bakının mərkəzinə gələn magistral su kəmərində qəza olub –Paytaxtın 4 rayonunda suyun verilməsində məhdudiyyət yaranıb

Bakı şəhərinin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) qəza baş verib.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının verdiyi xəbərə görə, baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul 2020-ci il səhər saatlarına qədər məhdudiyyətlər olacaq: “”Azərsu” ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür”.