XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

17 İyul 2020 - 19:27

Ziya Bünyadov prospektində hərəkət müvəqqəti məhdudlaşdırılacaq –Avtomobil Yolları Dövlət Agentliyi

Aparılan təmir işləri ilə əlaqədar olaraq 18-19 iyul tarixlərində Ziya Bünyadov prospektinin “Karl Marks dairəsi” kimi tanınan ərazisinin köməkçi yolunun bir hissəsində “Xutor dairəsi” istiqamətində hərəkət müvəqqəti məhdudlaşdıırılacaq. 

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin əsas yolundan, həmçinin  həmçinin Azadlıq prospekti, Cəfər Xəndan, Eldar babayev, 22-ci Dağlıq və Hüseyin Seyidzadə küçələrindən istifadə edə bilərlər.

“Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – deyə məlumatda bildirilb.