XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

17 İyul 2020 - 17:33

Paşinyan geri çəkildi:"Sülh danışıqlarına alternativ yoxdur"

Ermənistanın baş naziri Nikol Paşinyan Minskdə bəyan edib ki, Bakı ilə sülh danışıqlarına alternativ yoxdur.

Strateq.az “Sputnik-Armeniya”-ya istinadla xəbər verir ki, Ermənistan hökumətinin başçısı Minskdə, Avrasiya Hökumətlərarası Şurasının iyunun 17-də başlamış iclasında iştirak edir.

“Münaqişənin güc yolu ilə həlli və bütün bölgə xalqların maraqlarına cavab verən dinc danışıqlara alternativ yoxdur”, – deyə Ermənistanın Baş naziri Azərbaycanla sərhəddəki vəziyyəti şərh edərkən bildirib.

Eyni zamanda, Paşinyan İrəvanın Qarabağ münaqişəsinin nizamlanmasında birtərəfli və əsassız güzəştlər etməyəcəyini bəyan edib.

Ermənistan hökumətinin başçısı sərhəddəki silahlı insidentdə Azərbaycanı günahlandırıb.