XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

17 İyul 2020 - 20:35

Moskvanın ən böyük meyvə-tərəvəz bazarında Ermənistan məhsullarının satışına qadağa qoyulub –VİDEO

“Dünən, iyul ayının 16-sı bazardan 40-dan çox Ermənistan maşını çıxarıldı. Bazarda olan maşınlar isə bağlı şəkildə dayanıblar.”

Bunu Moskvanın ən böyük meyvə-tərəvəz bazarı olan “Fud siti”də çalışan azərbaycanlı məlumat verib.

Bazarda topdan satışla məşğul olan Miqdət adlı soydaşımız isə bu məlumatları təsdiqləyərək bildirib ki, erməni məhsullarını daşıyan maşınların bazardan çıxması ilə yanaşı, bazada ticarətlə məşğul olan azərbaycanlılar Ermənistan məhsullarını almaqdan imtina ediblər.

“Ermənistanın Azərbaycana qarşı təxribatından sonra bazarda soydaşlarımız erməni məhsullarını almaqdan imtina etdilər. Bu işi görənlər içtimai qınağa çəkildi. Demək olar ki, bazarda erməni maşınları qalmayıb”,  – deyə soydaşımız bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoçarxlarda azərbaycanlıların Ermənistan məhsullarını boykot etdiyi bildirilir. Həmçinin göstərilir ki, Ermənistan maşınları bazardan çıxarılır. (report)