XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

17 İyul 2020 - 23:36

Sərt karantin rejimi tətbiq olunan ərazilərdə imtahanların keçirilməsinə qoyulan qadağa ləğv olunub –Qərar

Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə imtahanların keçirilməsinə qoyulan qadağa ləğv edilib.

Bu, Nazirlər Kabinetinin  “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin dayandırılıb, onlayn imtahan, müsabiqə və müsahibələrə icazə verilib. Dəyişikliyə əsasən, sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması qüvvədə qalsa da, artıq onlayn qaydada təşkil edilməyən imtahanların keçirilməsinə də icazə verilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat  06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.