XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2020 - 00:06

Karantin zamanı çimərliklərdən istifadə məsələsinə baxılacaq –Yaqut Qarayeva

Karantin rejimi dövründə çimərliklərdən istifadə ilə bağlı məsələyə baxılacaq.

Trend xəbər verir ki, bu haqda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva AzTV-nin “Hədəf” verilişində danışıb:

“Üzümüzə gələn müddətdə xüsusi monitorinq qrupları yaradılacaq. Burada Bakı şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olacaq. Onlar çimərliklərdə monitorinqlər aparacaqlar.

Xüsusi qaydalara riayət olunduğu halda, çimərliklərdən istifadə etmək olarmı – bunun üzərində düşünüləcək. Demək istəmirəm, bu olacaq. Amma ən azından bunu düşünmək istəyirik”