XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

18 İyul 2020 - 12:30

Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında orduya dəstək aksiyası keçirilir –FOTO

Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısında Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş verən gərginliklə bağlı Azərbaycana və Azərbaycan ordusuna dəstək aksiyası keçirilir. 

Gürcüstanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız paytaxt Tbilisidəki səfirlik binasının önünə toplaşaraq Azərbaycana öz dəstəklərini ifadə edirlər. 

Əllərində həm Azərbaycan, həm də Gürcüstan bayraqları tutan aksiyaçılar Gürcüstanın bu mübarizədə Azərbaycanla həmrəy olduğunu bildirirlər.

Qeyd edək ki, bu aksiya Azərbaycana dəstək məqsədi ilə Gürcüstanda son bir həftə ərzində keçirilən sayca üçüncü aksiyadır. Daha əvvəl Ermənistanın Tbilisidəki səfirliyinin qarşısında və “Sınıq körpü” sərhəd keçid məntəqəsində də aksiya təşkil olunub. /APA