XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

18 İyul 2020 - 15:06

Polad Bülbüloğlu:“Ermənistan Rusiyanı və KTMT-ni münaqişəyə cəlb etmək istəyir”

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrini Azərbaycanla münaqişəyə cəlb etməyə cəhd göstərir”.

Bu barədə RBK-ya müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

“Bu təxribat KTMT ölkələrini, ilk növbədə də blokun əsas üzvü olan Rusiyanı Azərbaycanla münaqişəyə cəlb etməyə istiqamətlənib. Belə ki, bu təxribat Dağlıq Qarabağla təmas xəttində deyil, Ermənistan-Azərbaycan sərhədində törədilib”, – deyə Azərbaycan səfiri vurğulayıb.

Diplomatın sözlərinə görə, münaqişə zamanı tərəflərdən heç biri yeni yüksəklik və ərazilər tutmayıb: “Azərbaycan münaqişənin gərginləşməsində maraqlı deyil. Biz sülh yolu ilə həldə maraqlıyıq, lakin bunun üçün işğalçı qoşunları bölgədən çıxarmaq lazımdır. O zaman Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar başlayacaq. Yalnız onda hansısa kompromislərdən danışmaq olar. Bu gün hansı kompromisdən söhbət gedə bilər? Nə, biz öz torpaqlarımızı verməliyik? Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağı isə heç kəs tanımır”.

APA