XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2020 - 16:58

İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib –FOTOLAR

Türkiyənin İstanbul şəhərindəki tarixi Bəyazid Meydanında “Can Azərbaycana canımız fəda” şüarı ilə aksiya keçirilib. 

Aksiyada Türkiyədə yaşayan, təhsil alan həmvətənlərimiz və qardaş ölkənin nümayəndələri iştirak ediblər.

Aksiyada Azərbaycan və Türkiyə bayraqları qaldırılıb. “Qarabağ Azərbaycanındır”, “Ar olsun Ermənistana”, “Qarabağa ədalət” şüarları səsləndirilib.

Aksiyaçılar Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindəki təxribatlara etirazlarını bildiriblər, həmçinin Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər/Report.