XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2020 - 23:03

“Daha 197 nəfər Moskvadan Vətənə gətirilib” –AZAL

İyulun 19-da axşam saatlarında AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib.

AZAL-dan verilən məlumata görə, 197 nəfər Azərbaycan vətəndaşı Rusiyanın paytaxtından Bakıya gətirilib.

Reysə “COVID-19” testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.