XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2020 - 14:45

DİN-də KADR İSLAHATLARI DAVAM EDİR –Nazir daha bir generalı təqaüdə göndərdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi strukturda kadr islahatlarını davam etdirir.

Strateq.az xəbər verir ki, nazirin budəfəki əmriylə Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının rəisi, general-mayor Nazim Əliyev vəzifəsindən azad olunub.

General-mayor Nazim Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Xatırladaq ki, hüquq üzrə elmlər doktoru olan Nazim Əliyev 1959-cu ildə doğulub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetininin (indiki BDU-nun) Hüquq fakültəsini bitirib. Elə həmin ildən də daxili işlər orqanlarında xidmətə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2007-ci il tarixli 2280 nömrəli Sərəncamı ilə Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2008-ci il tarixli 2911 nömrəli Sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilib.

2011-ci ilin iyun ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi vəzifəsində xidmət edirdi. Hüquq üzrə elmlər doktorudur.

Xatırladaq ki, məlumatı ilk olaraq “Report” İA yayıb.