ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putini ukraynalı pilot Nadejda Savçenkonu azad etməyə çağırıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «İnterfaks»a ABŞ-ın Rusiyadakı səfirinin mətbuat katibi Vill Stivens məlumat verib: «Obama telefon söhbətində Putindən Savçenkonun azad edilməsini, Ukrayna ilə bağlı Minsk razılaşmasına əməl olunmasını istəyib".
Qeyd edək ki, Savçenko ilə bağlı hökm martın 21-də elan olunacaq. Vəkil Nikolay Polozovun sözlərinə görə, aclığı dayandıran Savçenkonun vəziyyəti normallaşmağa başlayıb.