XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2020 - 21:12

İmtahanlarda indiyədək koronavirusa yoluxma qeydə alınmayıb – DİM

“Pandemiya şəraitində imtahanların keçirilməsi ilə bağlı təlimat hazırlanıb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib.

O bildirib ki, iyunun 10-da imtahanlarda 143 min şagird iştirak edib.

“DİM tərəfindən pandemiya şəraitində imtahanların keçirilməsi üçün addımlar atılıb, imtahanlar lokallaşdırılıb. İmtahanlarda kütləviliyin azaldılması üçün bütün şəhər və rayonlarda bu imtahanları keçirmişik, lokallaşdırma aparılıb. Bu, imtahanlarda bir binada 220-250 nəfərin iştirak etməsinə imkan verib. İndiyə qədər imtahanlarda koronavirusa yoluxma qeydə alınmayıb”. (apa)