XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 19:01

Prezident təltif etdi- SƏRƏNCAM

ilham-aliyev-serencam

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:

Abbasov Niyaz İsaq oğlu

Həsənov Həsən Çingiz oğlu

İsmayılov Füzuli Cahangir oğlu

Qədimov Anar Vahid oğlu

Musayeva Samirə Paşa qızı

Sadıqova Ülfət Məhərrəm qızı

Səfərov Mehman Elxan oğlu

Turabov Nazim Soltan oğlu.

Prezidentin növbəti sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.