XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2020 - 19:11

Həkimlər xəstəxanadan kənarda da yoluxa bilər – Qərargah

“Başqa ölkələrdə həkimlərin təqribən 20 faiz yoluxması baş verir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.

Zeynalov deyib ki, həkimlər xəstəxanadan kənarda da yoluxa bilər: “Həkimlər ən böyük risklə isə xəstəxanada xəstələrə qulluq zamanı üzləşir. Qoruyucu vasitələrdən istifadə etsələr də, elə hallar olur. Xəstələrin hamısına şəfa diləyirik”.

Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə deyib ki, həkimlər və tibb bacıları da ön cəbhədə olduğu kimi bizi qoruyur: “Allah onlara güc, şəfa versin”. (apa)