XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2020 - 19:43

Qəbul imtahanlarının ikinci mərhələsi üçün 4 gün ayrılacaq – DİM

“Bu həftə nəzərdə tutmuşuq ki, əvvəlki illərin və cari ilin məzunları imtahanların birinci mərhələsi olan buraxılış imtahanlarını həyata keçirək”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib.

Onun sözlərinə görə, bu həftə və gələn həftə yalnız bu imtahanların keçirilməsi planlaşdırılır: “Ondan sonra imtahan nəticələri emal olunmalıdır. Bu proses isə bir qədər çəkir, təxminən 10-15 gün. Sonrakı dövrdə qəbul imtahanlarının ikinci mərhələsini keçirməyi planlaşdırmışıq. Bu isə ixtisas qrupu üzrə olan imtahanlardır. Təəssüf ki, dəqiq tarix söyləyə bilmərəm, amma təxminən avqust ayının ikinci yarısından etibarən bu imtahanların keçirilməsinə başlayacağıq.

Bu imtahanların keçirilməsinə 4 gün ayrılacaq. Bundan sonra isə abituriyent qəbul imtahanlarının ikinci mərhələsində də iştirak etmiş olacaq. Bütün imtahanlar epidemioloji vəziyyətdən asılıdır. Bunlar hər gün təhlil olunur, müvafiq qurumlarla əlaqə saxlanılır ki, imtahanları keçirmək mümkündür, ya yox. Biz əmin olandan sonra ki, hər hansı təhlükə yoxdur, imtahan keçirə bilərik, ondan sonra hansı tarixlərdə hansı şəhər və rayonlarda kimlər üçün imtahan keçiriləcəyini elan edirik. Ancaq valideynlər, abituriyentlər narahat olmasınlar, bu imtahanlar keçiriləcək”. (apa)