XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2020 - 20:05

Prezidentin köməkçisi:“Büdcə məsələsinə payızda qayıdacağıq”

“Bu günlərdə ölkə başçısının rəhbərliyi ilə Nazirlər Kabinetinin 6 ayın yekunlarına həsr olunmuş müşavirəsi keçirildi və qeyd olundu ki, Azərbaycanda ÜDM-də 2,5 % azalma müşahidə olunur. Bu, bugünkü şəraitə uyğun olaraq pis göstərici deyil”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, pandemiya bitdikdən sonra bütün itirilmiş imkanların bərpa olunacağına ümid edirlər: “Büdcəyə dəyişikliklə bağlı hazırda müzakirələr gedir. Müşavirədə də qeyd edildi ki, bu gün büdcə icrasında hər hansı çətinlik yoxdur. Büdcənin gəlir hissəsi profisitlə icra edilib. Xərclərdə də normal dinamika var. Ona görə də bu gün büdcəyə kəskin dəyişiklik edilməsinə ehtiyac yoxdur. Amma payızda bu məsələyə qayıdacağıq”. (apa)