XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2020 - 17:55

Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki vəziyyəti müzakirə edib –Rusiya XİN-dən açıqlama

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan bu ölkədəki səfiri Polad Bülbüloğlu və Ermənistan səfiri Vardan Toqanyanla Azərbaycan-Ermənisan sərhədində baş verən gərginliyi müzakirə edib.

Bu barədə məlumatı Rusiya XİN yayıb.

“Cənubi Qafqazda təhlükəsizliyin təminatı, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin stabilləşməsi məsələləri, ATƏT-in Minsk qrupunun həmsədrlərinin müşahidəsi altında Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda cəhdlərin aktivləşməsi perspektivləri müzakirə olunub”, – məlumatda bildirilib/Report.