XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2020 - 13:54

Prezident İlham Əliyev Dövlət Agentliyinə 13,1 milyon manat vəsait ayırdı –Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Əmirvan–Vəndam avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 

Strateq.az xəbər verir ki, sərəncama əsasən, on dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Əmirvan–Vəndam avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 13,1 milyon (on üç milyon bir yüz min) manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb. Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.