XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2020 - 00:12

Koronavirusa qarşı vaksinin hazırlanacağı vaxt məlum oldu- RƏSMİ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan insanların 2021-ci ilin əvvəlindən tez olmayaraq koronavirusa qarşı vaksini almağa başlayacaqlarını bildirib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Rayanın sözlərinə görə, COVID-19-a qarşı vaksinin hazırlanmasında irəliləyişə baxmayaraq, onun alınmasının müddəti ilə bağlı realist olmaq lazımdır.

“Real ssenari ilə insanlar vaksini növbəti ilin birinci yarısından tez olmayaraq almağa başlayacaqlar”, – Rayan “Twitter”də yayımlanan çıxışının gedişatında deyib.

O, həmçinin qeyd edib ki, ÜST vaksinin hamı üçün əlçatan olmasının təminatı üzərində işləyir.

“Bu pandemiyadan vaksinlər zənginlər, kasıblar üçün deyil, onlar hamı üçündür”, – Rayan əlavə edib.

Xatırladaq ki, koronavirus infeksiyası ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində yayılıb. Dünyada 15 milyondan çox insan bu virusun daşıyıcısı kimi qeydə alınıb. Bununla yanaşı, 622,5 mindən çox insan virusdan ölüb.