XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2020 - 14:03

XİN rəsmisi:“İstisna olunmur ki, “Daşnaksutyun”, ASALA kimi terror təşkilatlarını da xaricdə zorakılıqlara yönəldəcəklər”

“Ermənilərin maskası tam yırtılıb”.

Bunu bu gün mətbuat konfransında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini Azərbaycanın yaxın zamanlarda torpaqlarımızı işğaldan azad edəcəyinə əminliyini ifadə edib.

“Ermənistanın xarici siyasəti iflasa uğrayıb və ehtimal olunur ki, yenə gərginliyi artırmağa çalışacaqlar. İstisna olunmur ki, ermənilər “Daşnaksutyun”, ASALA kimi terror təşkilatlarını da xaricdə zorakılıqlara yönəldəcəklər. Ona görə də dost ölkələrimizə çağırışlarımız odur ki, diqqətlərini artırsınlar. Bizim soydaşlarımız da ehtiyatlı olmalıdır. Bunun üçün təlimatlar vermişik. Dövlət, təhlükəsizlik orqanları, diplomatik missiyalar, sadə vətəndaşlar, hamımız ayıq olmalıyıq. 1990-cı illərdə torpaqlarımız işğal edilən zaman Yevlaxda və digər bölgələrdə törədilən terror aktları uzaq tarix deyil”, – deyə Azərbaycan XİN başçısının müavini vurğulayıb/APA.