XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2020 - 14:58

“Diplomatik missiyalarımızın borcu soydaşlarımızın hüquqlarını qorumaqdır” –Xələf Xələfov

“ABŞ-ın 8 ştatında ümumilikdə 11 aksiya keçirilib”.

Bunu bu gün mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini  deyib ki, bütün işlər koordinasiyalı şəklində aparılır: “Diaspor təşkilatları ilə gecə-gündüz təmasdıyıq. Los-Ancelesdə aksiyada 50 nəfər iştirak edib. Los-Ancelesdə 3 min erməni radikalın qarşısını almaq üçün çox az polis gəlib”. 

F. Quliyev bildirib ki, xaricdə aksiyalarda xəsarət alanların tibbi xərcləri dövlət tərəfindən ödəniləcək: “Erməni vəhşiliklərinə lazımi reaksiya verilib və veriləcək”.  

XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva qeyd edib ki, Los-Ancelesdə aksiyanı konsulluq deyil, soydaşlarımız təşkil edib: “Konsulluq məlumat alan kimi polisə müraciət edib. Konsulluq əməkdaşları avtobuslar da təşkil ediblər. Təxribat başlayan zaman avtobuslar dəvət olunub. Avtobuslar 15 dəqiqəyə gəlməli olsa da, radikal qüvvələr qarşısını aldığı üçün avtobuslar gələ bilməyib. Polis də aksiyaçıları digər əraziyə yönəldib. Bu, həm də vətəndaşlarımızın cəsarətini nümayiş etdirir”.

Xarici işlər nazirinin müavini Xələf Xələfov isə bildirib ki, diplomatik missiyalarımızın borcu soydaşlarımızın hüquqlarını qorumaqdır: “İnsanlarımızın təhdidlərə baxmayaraq, bu cür vətənpərvərlik göstərməsi təqdirəlayiqdir və gözəl hisslər oyadır. Bizim diplomatik missiyalar soydaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün hüquq-mühafizə orqanları ilə sıx işləyir”.

APA