XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

23 İyul 2020 - 15:47

Çinlə ABŞ-ın əlaqələri kəskinləşir –Rəsmi Pekindən xəbərdarlıq

Çin, Pekinin Hyustondakı konsulluğunun məcburi bağlanması ilə əlaqədar gərginlik fonunda yaranan ticarət sövdələşmələri ilə bağlı suala cavab olaraq ABŞ-dan  münasibətlərinin hara getdiyin barədə “düşünməyi” tələb edir.

“Çinin Çin-ABŞ münasibətlərindəki mövqeyi aydın və stabildir”, – Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Wang Wenbin cümə axşamı Pekində keçirilən brifinqdə belə deyib. “Bu əlaqənin hansı istiqamətdə davam edəcəyi isə ABŞ-ın diqqətlə düşünməli olduğu bir məsələdir.”

Wang, Çinin qisas planları hazırladığını təkzib edərək, Pekinin yalnız “qanuni hüquq və maraqlarını təmin etmək üçün qətiyyətli və əsaslı ölçü götürəcəyini” təkrarladı.

“Global Times”ın  baş redaktoru Hu Xijin, Pekinin, Hyuston konsulluğunun təzyiq nəticəsində bağlanmasına ABŞ-a Uhandakı fəaliyyətini dayandırmasından daha çox zərər gətirəcək hərəkətlərlə cavab verecəyini dedi. Buna Honq Konqdakı daha böyük missiya üçün nəzərdə tutlmuş potensial ixtisarlar da daxildir.

Cəsus mərkəzi

“ABŞ-ın Hong Kong konsulluğunda 1000-dən çox işçisi var”, Kommunist Partiyası qəzetinin redaktoru Hu, Çin sosial mediasında paylaşımında qeyd edib.  “Bu qədər insan nə ilə məşğuldur? Bu açıq-aşkar casus mərkəzidir. ” İşçilərinin 100 və ya 200 nəfərə qədər azaldılması Çinin nəzərdən keçirdiyi bir çox variantdan biri ola bilər. Bu fikirləri Twitter və Weibo sosial şəbəkələrindəki paylaşımları ilə daha öncə də Çin hökumətinin rəsmi açıqlamalarını geridə qoyan Hu bildirib.

“Çin, Hyuston qərarı ilə bağlı öz qisasını almaq üçün cənub-qərbdə yerləşən Çendu şəhərindəki ABŞ konsulluğunu bağlamaq üçün hərəkətə keçəcək” bu barədə  “South China Morning Post” qəzeti qərar barədə məlumat verən mənbəyə istinadən məlumat verib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Wang Wenbin çərşənbə günü Pekinin ABŞ-ın Hyustonla bağlı qərarını dəyişdirməyəcəyi təqdirdə qisas alacağını söylərək, ABŞ-ın Çindəki diplomatik nümayəndəlikləri və işçilərinin sayının Çindəkindən qat-qat çox olduğunu əlavə etdi.

Hyuston konsulluğunun məcburi şəkildə bağlanması, ticarətdən tutmuş  pandemiya ilə əlaqədar vəziyyətin ilkin olunmasına qədər ön cəbhədə son aylar ərzində pisləşən ABŞ və Çin münasibətlərinə son illərin ən böyük təhdidlərindən biridir. Prezident Donald Trump, ABŞ-dakı digər Çin nümayəndəliklərinin bağlanmasının bir ehtimal olaraq davam etdiyini söylədi.

“ABŞ-ın Wuhandakı konsulluğu – koronavirus pandemiyasının ilk episentrinin “vətəni” artıq hazırlıqlara başlamışdı” Hu qeyd edir.  Hyustondakı Çin missiyasına isə bağlanması  üçün cımi 72 saat vaxt verilmişdir ki, bu da çox böyük zəhmət təlb edir. Hu məlumatı haradan əldə etdiyini açıqlamayıb.

ABŞ-ın Hyuston Konsulluğu barədə Çindəki Amerikan izini riskə atır

“Beləliklə ABŞ üçün Uhan konsulluğunu bağlamaq çox asan olardı və heç də onların hiss keçirdiyi məyusluq hissi çinli diplomatların Hyustonu tərk etdiyində hiss etdikləri ilə eyni olmazdı” o qeyd edir.

“Buna görə Çin cavab tədbiri görərkən çox güman ki, ABŞ-ın əvvəlcədən hazırladığı döyüş bölgəsindən geri çəkiləcək  və ABŞ-a daha ağır zərbə endirəcəyi, onu surpriz bir şəkildə yaxalayacağı yerdən başlayacaq”.