XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2020 - 16:23

Azərbaycanla sərhəddə yaralanmış erməni hərbçi öldü –Açıqlama

Azərbaycanla dövlət sərhədində yaralanmış Ermənistan ordusunun əsgəri Artur Baqratoviç Muradyan iyulun 23-də ölüb.

“Novosti Armeniya” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 2001-ci ildə anadan olmuş əsgər iyulun 14-də Azərbaycan-Ermənistan sərhədində yaralanıb. Onu ağır vəziyyətdə Müdafiə Nazirliyinin hospitalına yerləşdiriblər. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi iyulun 12-də Azərbaycanla sərhəddə törətdikləri hərbi təxribat nəticəsində itki və yaralılarının sayını gizlədir. Onları hadisələrdən sonra bir-bir açıqlayır. Ermənistan tərəfinin açıqlamalarına əsasən, 40-a yaxın hərbçi yaralanıb, 6-sı ölüb/Report