XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

17 Mart 2016 - 10:48

ABŞ hərbçisi:“Rusiya Suriyadan çəkilmədi”

ABD'li komutan: Rusya 'bir avuç' asker çekti

 

“Ruslar Suriyadan çıxmadı, sadəcə, bir ovuc əsgərini, 8-10 təyyarəsini bölgədən çəkdi”.

Strateq.az xəbər verir ki, bunu İŞİD-ə qarşı əməliyyatlar həyata keçirilən beynəlxalq koalisiyanın sözçüsü polkovnik Stiv Varren deyib.

Bağdaddan video-konfrans vasitəsilə jurnalistlərin suallarını cavablandıran polkovnik Rusiyanın son 24 saat ərzində hər hansı bir hücum həyata keçirmədiyini bildirsə də, onun Suriyadakı hərbi gücündə əhəmiyyətli azalmanın yaşanmadığını da vurğulayıb:

Bəzi rus əsgərlərinin hərəkətliliklərini gördük, amma kifayət qədər əsgərin Suriyadan ayrılmasından söhbət gedə bilməz. Açığı, onların hərbi gücündə diqqətəşayan bir azalma yoxdur. Xüsusilə sahədəki gücləri aktivliklərini davam etdirir, hava qüvvələri qismən azalmış vəziyyətdə, hamısı bu qədər".

Zənnimizcə, Stiv Varrenin verdiyi bu məlumatlar bir çox qaranlıq məqamlara işıq tutur. Moskvanın Suriyadakı hərbi güclərinin böyük qismini geri çağırmaq qərarından sonra dünyanın bir sıra analitikləri bu addımı gözlənilməz hesab etmiş və onu müxtəlif amillərlə əsaslandırmışdılar. Bəzilərinə görə, bu qərarın arxasında dayanan başlıca səbəb şimal qonşumuzun üz-üzə qaldığı maliyyə böhranı, bəzilərinə görə isə, II Əfqanıstan sindromu yaşamamaq üçün atılmış zəruri addımdır. Məsələyə Rusiyanın indiyə qədərki əməliyyatlarda qarşıya qoyduğu hədəfə çatması kimi baxanlar da az deyildi. Bu qəbildən olanlar düşünürdülər ki, əməliyyatların məqsədi beynəlxalq qüvvələr tərəfindən təcrid edilən Rusiyanın özünü onlara yenidən qəbul etdirmək  istəyirdi və qlobal iradəyə qarşı mövqeyiylə, faktiki, bu niyyətinə çatdı. Hətta bəlkə də beynəlxalq iradədən istədiyi güzəşti qopara bildi. Əməliyyat zamanı Rusiyanın öz yeni silahlarını canlı hədəflər üzərində sınaqdan çıxartdığına inanlar da vardı.

Polkovnik Stiv Varrenin açıqlamaları isə bütün bu versiyaları alt-üst edir, sadəcə bir ehtimalı qüvvətləndirir. Mümkündür ki, ABŞ-Rusiya arasında bağlanan atəşkəs müqaviləsində rus ordusunun Suriyadan çıxarılması maddəsi də varmış və Moskva, guya, bu öhdəliyə əməl etdiyini göstərmək üçün həmin qərarı verib. Amma hər zaman olduğu kimi, bu dəfə də beynəlxalq öhdəliyi yerinə yetirmək niyyətində deyil.

Qeyd edək ki, bu ehtimalla bağlı jurnalistlərin sualına Pentaqon yetkililərindən biri nə təsdiq,  nə də təkzib edici cavab verməmişdi. Yetkili sadəcə, belə bir məlumata sahib olmadığını, amma iki dövlət arasında hansısa razılaşmanın mümkün ola biləcəyini demişdi.

 

Heydər Oğuz

Strateq.az