XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2015 - 16:51

Abutalıbovun başına yanan binadan şüşə düşdü

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yanan binaya baş çəkib.

Musavat.com-un məlumatına görə, o, yanğının başvermə səbəbləri ilə maraqlanıb.

H.Abutalıbov yanan binanın həyətində olarkən, yuxarıdan üstünə şüşə qırıqları düşüb. BŞİH rəhbəri cəld tərpənib kənara çəkilməsə, ciddi xəsarət ala bilərmiş.

H.Abutalıbovu Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, rayondan deputat olan Hacı Madər və digər vəzifəli şəxslər müşayiət ediblər.