XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2020 - 14:05

Gürcüstanın Baş Naziri:"Azərbaycanla bizim strateji tərəfdaşlığımıza təhlükə yoxdur”

“Gürcüstan və Azərbaycan arasında heç bir anlaşılmazlıq və bizim strateji tərəfdaşlığımıza təhlükə yoxdur”.

Bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria deyib.

Ermənistana silah-sursatın Gürcüstan ərazisi ilə çatdırılmasına dair məlumatları şərh edən hökumət başçısı bildirib ki, bu informasiyalarda qeyri-dəqiqlik var: “Gürcüstanın siyasi problemi olmayacaq, çünki biz öhdəliklərimizi beynəlxalq hüquqa müvafiq olaraq yerinə yetiririk. İlk növbədə, KİV-in yaydığı informasiya qeyri-dəqiqdir. Bu informasiya iki ölkə arasında müzakirə mövzusu olacağı təqdirdə maraqlı ola bilər”.

G.Qaxaria bildirib ki, Gürcüstan-Azərbaycan arasında strateji tərəfdaşlığa heç bir təhdid yoxdur:  “Yüksək səviyyədə olan münasibətləri təhdid etmək mümkün deyil”.

Onun sözlərinə görə, hər hansı bir onlayn nəşrin yaydığı informasiya ilə bağlı sualın verilməsi iki ölkə arasındakı münasibətlərin konteksinə uyğun deyil: “Bu, bir riskdir”.

Report