XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

24 İyul 2020 - 13:54

“Ehtiyatlı olun, erməni təxribati başlayır…” –Səfirdən çağırış

İyulun 22-də gecə Almaniyadakı Ermənistan səfirliyinin xidməti avtomobili yandırılıb. Amma buna sevinmək lazım deyil. Əksinə, bunu Azərbaycan səfirliklərinə və xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına qarşı irimiqyaslı təxribatların anonsu kimi qəbul etmək lazımdır.

Bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev qeyd edib.

O bildirib ki, sabah onlar eyni asanlıqla bir və ya bir neçə ermənini öldürüb bütün dünyanı üzərimizə qaldıra bilərlər:“Bu fonda Los-Ancelos, yaxud Brüsseldə baş verən erməni vəhşiliklərini asanlıqla unutdura bilərlər.

Dostlar, ehtiyatlı olun. Təxribata uymayın. Milli davamızı Avropanın, yaxud Rusiyanın küçə və meydanlarına keçirməyin. Dünya hətta qəbul etməsə də, erməni vəhşiliyini gördü.

Bu vəhşiliyin belə asanlıqla unutdurulmasına imkan verməyin.

Sumqayıtı, Qriqoryanı nə tez unutdunuz?

Ayıq olun!

Bizim “Qana qan!”şüarını səsləndirməli və tətbiq etməli olduğumuz yeganə yer işğal altındakı torpaqlarımızdır!”