XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 18:56

Nazir Ramil Usubov rəisi vəzifəsindən azad etdi

Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib.

Strateq.az-ın azvision.az-a istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Biləsuvar rayon polis idarəsinin rəisi, polkovnik Saleh Abdullayev işdən azad edilərək sərəncama göndərilib.

Bundan başqa DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Habil Əlişanov da yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə həmin idarənin şöbə rəisi Teymur Hacıyev təyin olunub.