XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

24 İyul 2020 - 22:43

Türkiyənin Çexiyadakı səfiri Praqada Azərbaycana dəstək aksiyasına qatılıb

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalar keçirir.

Hazırda Çexiyanın paytaxtı Paraqa şəhərində Çex Respublikasındakı Azərbaycan İcmasının təşkilatçılığı ilə aksiya keçirilir.

Təşkilatın rəhbəri Eldar Vəliyevin verdiyi məlumata görə, ermənilərin Azərbaycanın Çex Respublikasındakı səfirliyinin binası qarşısına toplaşacağını eşidən soydaşlarımız dövlətimizə dəstəklərini ifadə etmək üçün buraya axın edib.

Aksiyada Praqa, eləcə də Brno şəhərlərində yaşayan azərbaycanlılar iştirak edir. Təxminən 200-ə qədər azərbaycanlı güclü birlik nümayiş etdirərək dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın işğalçılıq siyasətinə və erməni təxribatlarına son qoyulmasını tələb edir.

Eyni zamanda Türkiyənin Çex Respublikasındakı səfiri Egemen Bağış da aksiyaya qatılıb.

Əllərində ermənilərin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri hərbi təxribatlar zamanı şəhid olan hərbçilərimizin şəkillərini daşıyan aksiya iştirakçıları çex və ingilis dillərində şüarlar səsləndirirlər.

Qeyd edək ki, bir qrup erməni də səfirliyimizin binası yaxınlığına toplaşıb.

Soydaşlarımız səfirliyin binası qarşısında aksiyanı bitirdikdən sonra Praqa şəhərinin mərkəzinə toplaşaraq icazəli dinc aksiyaya davam edəcəklər. (report)