XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

17 Mart 2016 - 12:15

Səhiyyə Nazirliyində yeni xidmət yaradılıb-Sahibkarların işi asanlaşacaq

 

sehiyye-nazirliyi

Sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, sahibkarların və vətəndaşların müraciətlərinə baxılmasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nəzdində sahibkarlar və vətəndaşlarla iş üzrə yeni xidmət yaradılıb.

Strateq.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki.   yeni xidmətin əsas fəaliyyət istiqamətlərinə sahibkar və vətəndaşların müraciətlərinin qəbulu və operativ cavablandırılması, ölkəyə idxal olunan dərman vasitələri ilə bağlı sənədlərin qəbulu və icazələrin təqdim edilməsi, qeydiyyat sənədlərinin qəbulu və sahibkarlara təqdim edilməsi, eləcə də, şikayət və sorğuların qəbulu və cavablandırılması və s. mühüm məsələlər bir pəncərə prinsipi ilə fəaliyyət göstərəcək.

Belə ki, Mərkəzə daxil olan vətəndaş və ya sahibkarların müraciətlərinin qeydiyyata alınaraq elektron bazaya daxil edilməsi, dərkənar üçün rəhbərliyə təqdimatı, müraciətin icrası üçün Mərkəzin digər şöbələrinə yönəldilməsi, şöbələr tərəfindən icra olunan sənədlərin ərizəçilərə çatdırılması, bilavasitə şifahi müraciət şəxslərin aidiyyəti üzrə yönləndirilərək suallarının cavablandırılması bu xidmət vasitəsilə həyata keçiriləcək.

Eyni zamanda, dərman vasitələri və tibbi avadanlıqlarla bağlı idxal və qeydiyyat sənədləri həmin xidmət vasitəsilə qəbul olunacaq və qanunvericiliyə müvafiq cavablandırılacaq.

Strateq.az