XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2020 - 23:35

Almatadan 117 nəfər azərbaycanı vətənə gətirilib –AZAL

Azərbaycanın milli aviadaşıyıcısı həmvətənlərin ölkəmizə qayıtması üçün çarter reyslərini yerinə yetirməyə davam edir.

AZAL-dan verilən məlumata görə, iyulun 24-də AZAL aviaşirkətinin çarter reysi ilə 117 Azərbaycan vətəndaşı Almatadan vətənə gəlib.

Həmin reysə yalnız COVID-19 testinin neqativ nəticəsi barədə arayış təqdim edən sərnişinlər buraxılmışdır. Ölkəyə gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planı əsasında həyata keçirilir.