XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

25 İyul 2020 - 00:05

Həmsədrlər Azərbaycan və Ermənistana müraciət etdilər

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik bəyanat yayıblar.

Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi 16 iyul tarixindən etibarən Azərbaycan-Ermənistan sərhədi boyunca nisbi sabitliyi hökm sürməsini alqışlayır.

Həmsədrlər tərəfləri münaqişənin hərtərəfli həllini tapmaq üçün ciddi əsaslı danışıqlara hazırlaşmaq üçün hazırkı aktiv hərbi əməliyyatların azaldılmasından faydalanmağa çağırır. Həmsədrlər bir daha vurğulayırlar ki, bu həssas dövrdə təxribatçı bəyanatlardan və hərəkətlərdən, o cümlədən mülki şəxslərə və ya həyati əhəmiyyətli infrastrukturlar üçün təhdidlərdən çəkinmək vacibdir. Həmsədrlər qeyd edirlər ki, həmsədr ölkələrin birgə səylərini tənqid edən və ya birtərəfli qaydada yeni “şərtlər” yaratmaq, yaxud tənzimləmə prosesi formatında dəyişikliklər edilməsi konstruktiv dialoqun başlamasına imkan vermir.

Həmsədrlər bir daha əminliklə bildirirlər ki, davamlı sülh yolu ilə nizamlanmaya nail olmaq üçün ən yaxşı şəkildə siyasi iradə nümayiş etdirmək, maksimalist mövqelərdən çəkinmək, atəşkəs rejiminə ciddi riayət etmək və təxribatçı bəyanat və hərəkətlərdən çəkinmək lazımdır.