Azərbaycanda indiyədək ümumilikdə 30050 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, onlardan 22684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib, 6949 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.